Səfir: Azərbaycan və Belarus əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

Xarici siyasət
  • 01 iyul, 2025
  • 19:43
Səfir: Azərbaycan və Belarus əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

Azərbaycan və Belarus əməkdaşlığı sürətlə inkişaf edir və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.

“Report” xəbər verir ki, bu barədə səfir Dmitri Pineviç Belarusun Müstəqillik Günü münasibətilə keçirilən qəbulda bildirib.

"Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 32 il ötür. Qarşılıqlı faydalı əməkdaşlıq dinamik şəkildə inkişaf edir və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib", - səfir bildirib.

O qeyd edib ki, bu əməkdaşlıq Belarus və Azərbaycan xalqlarının çoxillik dostluğuna, həmçinin iki ölkənin liderlərinin dostluq münasibətlərinə əsaslanır: "Məhz prezidentlər çoxsaylı müasir layihələrimizin keyfiyyət və intensivliyinin ən yüksək səviyyəsini müəyyən edirlər".

D.Pineviç vurğulayıb ki, iki dövlət arasında təkcə siyasi və iqtisadi deyil, həm də humanitar xarakterli inkişaf baş verir: "Biz ikitərəfli əməkdaşlığı elə formalaşdırırıq ki, o bərabərhüquqlu, davamlı xarakter daşısın. Eyni zamanda nəsillər təhlükəsizlik mühitində yaşasınlar".

Səfir, həmçinin vurğulayıb ki, Belarusda Azərbaycanın beynəlxalq arenada əldə etdiyi nailiyyətlərə isti münasibət bəsləyirlər: "Azərbaycanın regionda və dünyada nüfuzu ən yüksək səviyyədədir".

Son xəbərlər

Bütün Xəbər Lenti