Bakı. 1 noyabr. REPORT.AZ/ "Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın genişləndirilməsi yollarının axtarışı üçün unikal meydandır".
"Report" xəbər verir ki, bunu 7-ci Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.
Çıxışı zamanı səfir forum iştirakçılarının sayının çox olmasından məmnunluğunu dilə gətirib: "Forumun iştirakçılarının siyahısına baxdım və şadam ki, regionumuzda ölkələr arasında bir-birinə qarşılıqlı maraq göstərilməsi faktı qorunur".
V.Doroxin eyni zamanda qlobal iqtisadi böhranın mövcudluğunu qeyd edərək bu gün bir çox dövlətlərin büdcələrini yenidən nəzərdən keçirdiyini bildirib: "Lakin bu, mövcud imkanlardan istifadə üçün səbəb olmalıdır".