Yuxarı
    Bağlamaq

    Səfir: "Azərbaycan-Fransa münasibətləri dinamik inkişaf edir"

    UFAZ-da Fransa və Azərbaycandan olan müəllimlər dərs deyəcəklər

    Bakı. 26 may. REPORT.AZ/ "Bakıda Azərbaycan-Fransa Universitetinin (UFAZ) açılması ilk növbədə tələbələr üçün faydalı olacaq. Çünki onlara ikili diplom təqdim ediləcək".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe deyib.

    O, bu universitetdə təhsilin Fransa standartlarına cavab verəcəyini bildirib: "Müəllim heyətinin formalaşması və tədris kursu eynilə Strasburq Universitetində olduğu kimi olacaq. Strasburq Universitetinin fransız müəllimləri üç ixtisas üzrə dərs deyəcək, Renn Universitetinin müəllimləri isə tədrisi bir ixtisas üzrə aparacaqlar. Layihə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə birgə həyata keçirildiyindən, həmin ali təhsil müəssisəsinin müəllimləri də burada dərs deyəcəklər".

    Azərbaycan-Fransa arasında əlaqələrin dinamik inkişaf etdiyini qeyd edən O.Buşe bu layihənin Azərbaycanın maraqlarına cavab verdiyini vurğulayıb: "UFAZ məzunu olacaq tələbələr sonradan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfələrini vermiş olacaqlar".

    Qeyd edək ki, ADNSU çərçivəsində fəaliyyət göstərəcək UFAZ bu ilin sentyabr ayında açılacaq. Layihənin digər səhmdarları Fransanın Strasburq və Renn şəhərlərinin universitetləridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi