Səfir: "Avropa İttifaqı-Azərbaycan münasibətləri inkişaf edir və dərinləşir"

Səfir: "Avropa İttifaqı-Azərbaycan münasibətləri inkişaf edir və dərinləşir" Naxçıvan. 22 sentyabr. REPORT.AZ/ Avropa İttifaqı-Azərbaycan münasibətləri inkişaf edir və dərinləşir.
Xarici siyasət
22 Sentyabr , 2018 12:50
Səfir: Avropa İttifaqı-Azərbaycan münasibətləri inkişaf edir və dərinləşir
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas / Report/ Elshan Baba

Naxçıvan. 22 sentyabr. REPORT.AZ/ "Avropa İttifaqı-Azərbaycan münasibətləri inkişaf edir və dərinləşir".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Naxçıvanda Aİ günlərinin keçirilməsi münasibətilə təşkil edilən mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Aİ ilk dəfədir ki, belə miqyasda tədbir təşkil edir. O, Azərbaycanın bu il ADR-in 100 illiyini qeyd etdiyini və bu tədbirin bu əhəmiyyətli tarixə töhfə olduğunu vurğulayıb.

"Bu, tərəfdaşlıq və etimadın göstəricisidir, Azərbaycanla əlaqələrin inkişaf etməsinin və dərinləşməsinin əlamətidir", - K.Yankauskas deyib.

Səfir bildirib ki, Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşıdır, Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin sayı artmaqdadır.

"Azərbaycanı Cənubi Qafqazda sabit, çiçəklənən, etibarlı və multikultural tərəfdaş kimi alqışlayırıq", - səfir qeyd edib.

Son xəbərlər

Orphus sistemi