Yuxarı
    Bağlamaq

    Səfir: "Aİ-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün səylərimi əsirgəməyəcəyəm"

    Hazırda səylərimizi yeni kompleks müqavilə ilə bağlı danışıqlara yönəldirik

    Bakı. 19 sentyabr. REPORT.AZ/ "Avropa İttifaqını Azərbaycanda təmsil etmək mənim üçün böyük şərəf və imtiyazdır.

    "Report"un məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri səfir Kestutis Yankauskas bildirib.

    "Azərbaycan və Aİ "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti" çərçivəsində siyasi əlaqələrin dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın sürətləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi kimi ortaq ambisiyaya malikdir. Hal-hazırda biz səylərimizi, xüsusilə siyasi dialoq, ticarət və insanlararası təmasları genişləndirmək baxımından, münasibətlərimizə yeni keyfiyyət qatacaq və insanlarımıza nəzərəçarpacaq əlavə fayda bəxş edəcək yeni kompleks müqavilə ilə bağlı danışıqlara yönəldirik", - deyə səfir əlavə edib.

    O bildirib ki, "Avropa İttifaqını Azərbaycanda təmsil etmək mənim üçün böyük şərəf və imtiyazdır".

    "Ortaq maraqlara və ümumi dəyərlərə söykənərək, Aİ-Azərbaycan əməkdaşlığının genişləndirilməsi və möhkəmləndirilməsi üçün səylərimi əsirgəməyəcəyəm. Aİ-nin Azərbaycanda təmsil olunan üzv dövlətləri ilə birlikdə, biz Cənubi Qafqazda sülh, sabitlik və tərəqqi naminə Aİ-Azərbaycan tərəfdaşlığının genişlənməsinə kömək etməyə davam edəcəyik.

    Bizi izlədiyiniz və Aİ-yə göstərdiyiniz maraq üçün hamınıza təşəkkür edirəm. Facebook səhifəmizi izləyicilərimiz üçün daha da maraqlı və informativ etmək üçün əlimizdən gələni edirik. Sizin fikir və rəylərinizi oxumaq və onları cavablandırmaq istərdim. Sizin fikriniz bizim üçün çox vacibdir, çünki fikir və təklifləriniz Facebook səhifəmizi daim inkişaf etdirməyə kömək edir.

    Sizi Aİ, onun Azərbaycanla münasibətləri və ölkədə həyata keçirdiyi tədbirlər barədə daha çox öyrənməyə dəvət edirəm. Aİ tərəfindən dəstəklənən bəzi layihələrin Azərbaycanda yaşayan insanların gündəlik həyat tərzini və iş vərdişlərini necə dəyişdiyini özünüz müəyyən edə bilərsiniz. Akademik mübadilə və Aİ nümayəndəliyinin dəstəklədiyi müxtəlif mədəni tədbirlər üçün maraqlı imkanlar ilə aşağıdakı səhifələrdən yaxından tanış olun: Sizin Avropa.az, AvropadASAN, Erasmus Mundus Azerbaijan. Həmçinin 12-20 oktyabr tarixlərində keçiriləcək "Imagine Euro Tolerance Festival" çərçivəsində baş tutacaq maraqlı tədbirlərimizi qaçırmayın", - deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi