Səfir: "ABŞ şirkətləri Azərbaycanda iqtisadi inkişafa yardım göstərmək əzmindədir"

Səfir: "ABŞ şirkətləri Azərbaycanda iqtisadi inkişafa yardım göstərmək əzmindədir" “Hesab edirəm ki, ABŞ şirkətləri Azərbaycanda iqtisadi inkişafa yardım göstərmək əzmindədir”.
Xarici siyasət
27 Oktyabr , 2021 14:27
Səfir: ABŞ şirkətləri Azərbaycanda iqtisadi inkişafa yardım göstərmək əzmindədir
Örl Litzenberqer

“Hesab edirəm ki, ABŞ şirkətləri Azərbaycanda iqtisadi inkişafa yardım göstərmək əzmindədir”.

"Report"un Qərb bürosu xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Gəncədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Artıq ABŞ-ın bəzi şirkətləri azad olunan ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işlərində iştirak etmək üçün əlaqələr qurublar. Əgər Azərbaycan ABŞ-ın daha çox şirkətinin investisiya qoymasında maraqlıdırsa, açıq tender keçirməsini tövsiyə edirəm. Bu tenderlər vasitəsilə ABŞ şirkətləri müraciət edə bilərlər. Bununla da Azərbaycanın hansı istiqamətlərdə maraqlı olduqlarını və buradakı inkişafa öz töhfələrini vermələrini dəqiq bilsinlər”.

Son xəbərlər

Orphus sistemi