İtaliyalı müşahidəçi: "Seçkilər yaxşı təşkil olunmuşdu"

İtaliyalı müşahidəçi: "Seçkilər yaxşı təşkil olunmuşdu" Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri yaxşı təşkil olunub və sakit keçib.
Xarici siyasət
10 Fevral , 2020 11:51
İtaliyalı müşahidəçi: Seçkilər yaxşı təşkil olunmuşdu
Report / Sultana Ahmadbayli

"Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri yaxşı təşkil olunub və sakit keçib".

"Report" xəbər verir ki, bunu italiyalı deputat, İtaliya- Azərbaycan Parlamentlərarası Assosiasiyanın sədri Rozanna Boldi deyib.

O, ötən gün həmkarı Mariya Rizotti ilə birlikdə Bakı və paytaxtdan kənar məntəqələrdə müşahidə apardıqlarını qeyd edib: "Əsas diqqətimiz qaydalara riayət olunmasına yönəlmişdi. Xüsusilə də səs verməyə gələn insanların sənədləri yoxlanılır ki, onların adı siyahıda varmı? Olduğumuz bütün məntəqələrdə müşahidə kameraları var idi. Hər seçki məntəqəsində həm partiyaların, həm də namizədlərin təmsilçilərin çox sayda olduğunu gördük. Onların arasında gənclər və qadınlar üstünlük təşkil edirdi".

Senator Mariya Rizzotti isə vurğulayıb ki, seçkilərdə səsvermə zamanı bütün qaydalara əməl olunub.

Son xəbərlər

Orphus sistemi