Şebnem Akçapar: “Ankarada təşkil etdiyimiz xeyriyyə tədbirində Azərbaycan ən fəal iştirakçılardandır”

Şebnem Akçapar: “Ankarada təşkil etdiyimiz xeyriyyə tədbirində Azərbaycan ən fəal iştirakçılardandır” “Ankarada təşkil etdiyimiz xeyriyyə tədbirində Azərbaycan ən fəal iştirakçılardandır”.
Xarici siyasət
10 Dekabr , 2023 17:47
Şebnem Akçapar: “Ankarada təşkil etdiyimiz xeyriyyə tədbirində Azərbaycan ən fəal iştirakçılardandır”

“Ankarada təşkil etdiyimiz xeyriyyə tədbirində Azərbaycan ən fəal iştirakçılardandır”.

Bu fikirləri “Report”un Ankara bürosuna Türkiyə Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyinin (DMEDD) sədri Şebnem Akçapar deyib.

Koronavirus pandemiyası ilə əlaqədar 4 illik fasilədən sonra Ankarada “Sheraton Otel”də bu gün DMEDD-in rəhbərliyi ilə təşkil edilən ənənəvi xeyriyyə bazarı (kermes) haqqında fikirlərini bölüşən Şebnem Akçapar qeyd edib ki, iştirakçılar əvvəlki illə müqayisədə daha çoxdur: “Dünyanın hər yerindən çox fərqli, çeşidli məhsullar satış yarmarkasında nümayiş olunur. Bu il hətta ilk dəfə Afrika Mədəniyyət Evinin də bu tədbirdə rolu oldu. Siz də şahid oldunuz ki, Azərbaycan da daxil Türkiyə, Tailand, Çin, Filippin, Banqladeş, Şimali Kipr Türk Respublikasının milli mədəniyyətlərinə məxsus şoular nümayiş etdirdilər. Hər zaman olduğu kimi, bu xeyriyyə tədbirində də can Azərbaycan bizimlədir”.

Qeyd edək ki, professor Şebnem Akçapar Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçaparın həyat yoldaşıdır.

Son xəbərlər

Orphus sistemi