PA-nın şöbə müdirinin müavini: “3+3” formulu Vestfal dünyasının yekunlaşması çağırışına cavabdır”

PA-nın şöbə müdirinin müavini: “3+3” formulu Vestfal dünyasının yekunlaşması çağırışına cavabdır” “Vətən müharibəsindən sonra irəli sürülən “3+3” formulu Vestfal dünyasının yekunlaşması və yeni dünya qaydasının formalaşması çağırışına bir cavabdır”.
Xarici siyasət
21 Yanvar , 2022 12:00
PA-nın şöbə müdirinin müavini: “3+3” formulu Vestfal dünyasının yekunlaşması çağırışına cavabdır”

“Vətən müharibəsindən sonra irəli sürülən “3+3” formulu Vestfal dünyasının yekunlaşması və yeni dünya qaydasının formalaşması çağırışına bir cavabdır”.

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova zefer.az saytının təqdimat mərasimində deyib.

“Qlobal kontekstə nəzər yetirəndə yeni dünya qaydasının formalaşmasının ilkin cücərtilərini artıq görünür. Azərbaycan Respublikası Prezidentinin son müsahibəsində qeyd etdiyi kimi, “beynəlxalq münasibətlərdə ənənəvi davranış qaydaları artıq tükənir. Güc amili ön plana çıxır. Biz buna hazır olmalıyıq”. Ona görə, biz hər zaman özümüzə güvənməliyik, daha güclü olmalıyıq, heç kimdən asılı olmamalıyıq. Yeni dünya əslində dünya xalqlarının, o cümlədən də bizim onu necə görmək istəyimizdən və səylərimizdən asılı olacaq”, - şöbə müdirinin müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi