Sankt-Peterburqdakı Tavrida sarayı: İlk Dövlət Dumasından ADR Parlamentinə qədər - REPORTAJ

Sankt-Peterburqdakı Tavrida sarayı: İlk Dövlət Dumasından ADR Parlamentinə qədər - REPORTAJ Sankt-Peterburq. 29 may. REPORT.AZ/ Şərqdəki ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin təməlində parlamentarizm prinsipi dayanırdı. AXC parlamentinin bəzi üzvləri, o cümlədən onun dəyişməz sədri Əlimərdan bəy Topçubaşov Ümumrusiya Dövlət Dumasının müxtəlif çağırışlarını tərkibində yer almışdı. Çoxmillətli Rusiyada yaşayan digər millətlərin nümayəndələri ilə birlikdə onlar dövlət orqanlarında xalq nümayəndəlikləri ideyasının tərənnümçüləri olublar. XX əsrin əvvəllərində xalq demokratiyasının toplanma məkanı isə Sankt-Peterburqdakı Tavrida sarayı idi.
Xarici siyasət
29 May , 2018 12:19
Sankt-Peterburqdakı Tavrida sarayı: İlk Dövlət Dumasından ADR Parlamentinə qədər - REPORTAJ
Report
0 : 00
0 : 00

Sankt-Peterburq. 29 may. REPORT.AZ/ Şərqdəki ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin təməlində parlamentarizm prinsipi dayanırdı. AXC parlamentinin bəzi üzvləri, o cümlədən onun dəyişməz sədri Əlimərdan bəy Topçubaşov Ümumrusiya Dövlət Dumasının müxtəlif çağırışlarını tərkibində yer almışdı. Çoxmillətli Rusiyada yaşayan digər millətlərin nümayəndələri ilə birlikdə onlar dövlət orqanlarında xalq nümayəndəlikləri ideyasının tərənnümçüləri olublar. XX əsrin əvvəllərində xalq demokratiyasının toplanma məkanı isə Sankt-Peterburqdakı Tavrida sarayı idi. 

"Report" oxuculara Tavrida sarayından hazırlanmış reportajı təqdim edir.

Azərbaycan Demokratik Respublikasının (ADR) gələcək rəhbərləri

Vaxtilə imperatriçə II Yekatrinanın sevgilisi olan knyaz Qriqori Potyomkinin paytaxt iqamətgahı olan Tavrida sarayı 1906-cı ildə ilk dəfə çağırılmış Rusiya qanunverici orqanına - Dövlət Dumasına verildi. Bər-bəzəkli yüksək tağların altına müxtəlif təbəqələrin, millətlərin və dinlərin nümayəndələri toplaşmışdı. Onların ümumi vəzifəsi 1905-1906-cı illərdə bütün Rusiyanı yerindən oynatmış hadisələrdən sonra cəmiyyətdə harmoniya tapmaq, böyük imperiyanın bütün sakinləri üçün ümumi qanun və qaydalar yaratmaq idi.

Azərbaycanı Dumada müxtəlif illərdə Rusiya və Avropanın ən yaxşı təhsil müəssisələrində oxumuş ən parlaq şəxslər təmsil ediblər. Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, İsmayıl xan Ziyadxanov, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əbdürrəhim bəy Haqverdiyev, Məhəmmməd ağa Şahtaxtinski paytaxt cəmiyyətində layiqli yerlərini tuturdular. Azərbaycanlı deputatlar Dumanın müxtəlif komitələrinə və şöbələrinə seçilirdilər. Ə.Topçubaşov isə hətta Dumanın müsəlman fraksiyasının rəhbəri seçilmişdi. Onlar qanun layihələrinin və sorğuların müzakirəsində fəal iştirak ediblər: dəfələrlə Qafqazda yerli özünüidarə haqqında məsələ qaldırıblar, ölkə müsəlmanlarının hüquqlarının qoyulan bütün məhdudiyyətlərin ləğvini, ilkin təhsilin ana dilində olmasını tələb ediblər, çarizmin köçürmə siyasətini, xalqların bir-birinə qarşı qoyulmasını kəskin tənqid ediblər. 

"Hesab edirik ki, hökumət millətlər arasında fərq qoymamalıdır, bütün millətlər eyni hüquqlara malik olmalıdırlar və eyni məsuliyyətləri daşımalıdırlar. Yalnız bu şəraitdə əhalinin hökumətə inamı olar, bu olmadan sağlam idarəetmə mümkün deyil",- ADR gələcək daxili işlər naziri, deputat Xəlil bəy Xasməmmədovun III Dövlət Dumasınındakı çıxışından, 1909-cu il.

Xalq təhsili məsələləri üzrə çıxışlarında azərbaycanlı deputatlar Azərbaycanda seminarlar və universitetlərin olmamasına diqqət çəkirdilər. Onlar Xalq Maarifi Nazirliyi qarşısında Qori seminariyasının tatar filialının əsasında Gəncədə Azərbaycan seminariyası açılması ilə bağlı vəsatət qaldırmışdılar, eləcə də azərbaycanlı qadın müəllimlər üçün ayrıca seminariya açılması məsələsini gündəmə gətirmişdilər. Sosial-siyasi quruluş baxımından azərbaycanlı deputatlar əsasən kadetlərin mövqeyindən çıxış edirdilər və ölkədə Konstitusiyanın rəsmi qəbulunun tərəfdarları idilər.

Təqib

Çar administrasiyası azərbaycanlı deputatların haqlı tələblərində və onların Dövlət Dumasının müsəlman fraksiyasındakı fəaliyyətində "panislamizm" və hökumətə müqavimət əlamətləri gördü. I Dövlət Dumasının buraxılması ilə nəticələnən "Vıborq müraciəti"ndən sonra verilən mühafizəkar reaksiya 167 deputatın, o cümlədən iki azərbaycanlı deputatın cinayət məsuliyyətinə cəlb edilıməsi ilə yekunlaşdı. Ə.Topçubaşov və İ.Ziyadxanov əhalini itaətsizliyə çağırışa görə 3 ay müddətinə həbs edildilər və bir daha parlamentə deputat seçilmək hüququndan məhrum edildilər. Həbs müddəti başa çatandan sonra onlar yeni qüvvə ilə demokratik hüquqlar uğrunda mübarizəni davam etdirdilər. Belə ki, Ə.Topçubaşov Dövlət Dumasının sonrakı çağırış müsəlman fraksiyalarının qeyri-rəsmi məsləhətçisi və fəaliyyətinin aktiv iştirakçısı oldu.

"Müsəlman fraksiyası Rusiyanın bütün müsəlman vətəndaşlarını, siyasi əqidələrində həmfikir olanları bir sıra siyasi, iqtisadi, sosial, dini və digər islahatların həyata keçirilməsi üçün birləşdirməyi qarşısına məqsəd qoyur"- Ə.Topçibaşovun tərtib etdiyi Müsəlman fraksiyasının proqramından, 1907-ci il.

Müsəlman fraksiyasına qarşı olaraq, çar hakimiyyəti Dövlət Dumasında "panslavyan" qruplaşmasını dəstəklədi. Türkiyənin I Balkan müharibəsindəki məğlubiyyətindən sonra hücumlar gücləndi.

Yaddaş və müasirlik

Bu gün Dövlət Dumasının keçmiş iqamətgahı bir növ seçkili demokratiya muzeyinə çevrilib. Duma üzvlərinin, iclasların, qəbul olunmuş qanun və qətnamələrin çoxsaylı şəkilləri, bir əsr əvvələ aid qiymətli praritetlər Tavrida sarayının divarlarını və zallarını bəzəyir. Şərəf Panteonunda Dumanın müxtəlif xalqları təmsil edən ən görkəmli şəxsiyyətlərinin büstləri var.

2014-cü ildə burada təntənəli mərasimdə görkəmli Azərbaycan siyasətçisi, ADR Parlamentinin sədri Ə.Topçubaşovun büstünün açılışı olub. Tədbir MDB ölkələrinin Parlamentlərarası Assambleyasının 40-cı yubiley iclasının açılışına həsr olunub və Sankt-Peterburqdakı Azərbaycan diasporunun həyatında əlamətdar hadisəyə çevrilib.

"Tarix nəsillərin əlaqəsini pozmamağı öyrədir" - bizimlə söhbətdə Azərbaycan Milli Məclisinin səlahiyyətli nümayəndəsi, MDB PA Şurasının baş katibinin müavini Aydın Cəfərov deyib. Bu gün Tavrida sarayının geniş zalları və kabinetləri məhz bu məsləhətverici orqanın ixtiyarına verilib. Orada Azərbaycan - Milli Məclisin daim nümayəndəliyinin guşəsi də var. Burada toplanan qədim eksponatlar və müasir Azərbaycan dövlətçiliyinin atributları milli parlamentarizmin mənbələrindən bu günə gəlib çatan görünməz əlaqə yaradır.

Son xəbərlər

Orphus sistemi