Sankt-Peterburqda MDB PA-nın 52-ci plenar iclası keçirilir

Sankt-Peterburqda MDB PA-nın 52-ci plenar iclası keçirilir İclas zamanı assambleya tərəfindən hazırlanmış Miqrasiya Məcəlləsi müzakirə olunacaq
Xarici siyasət
16 Aprel , 2021 13:09
Sankt-Peterburqda MDB PA-nın 52-ci plenar iclası keçirilir

Bu gün Sankt-Peterburqdakı Tavrida sarayında MDB Parlamentlərarası Assambleyasının (PA) 52-ci plenar iclası keçirilir.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, pandemiya dövründə miqrasiya proseslərinin qanunvericiliklə tənzimlənməsi və bu prosesdə MDB-yə üzv dövlətlərin parlamentlərinin rolu iclasın əsas mövzusu olacaq.

İclas çərçivəsində MDB PA-ya üzv dövlətlərin parlamentlərinin və müvafiq Avropa təşkilatlarının rəhbərləri, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa Bürosunun, Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa Regional Ofisinin nümayəndələri çıxış edəcəklər.

İclas zamanı assambleya tərəfindən hazırlanmış Miqrasiya Məcəlləsi müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi