Sankt-Peterburqda Azərbaycan və Qazaxıstan parlamentlərinin sədrləri arasında görüş keçirilib

Sankt-Peterburqda Azərbaycan və Qazaxıstan parlamentlərinin sədrləri arasında görüş keçirilib Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb
Xarici siyasət
20 May , 2016 17:33
Sankt-Peterburqda Azərbaycan və Qazaxıstan parlamentlərinin sədrləri arasında görüş keçirilib

Bakı. 20 may. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyasının 44-cü plenar iclası çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Qazaxıstan Parlamenti Məclisinin sədri Baktıkoja İzmuxambetov ilə görüşüb.

"Repor" xəbər verir ki, görüşdə iki ölkə parlamentlərinin MDB Parlamentlərarası Assambleyası, TürkPA və digər beynəlxalq qurumlarda qarşılıqlı fəaliyyəti müzakirə olunub, Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Milli Məclisin sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlar barədə məlumat verib, Azərbaycanın bu münaqişədə ədalətli mövqeyini dəstəklədiyinə görə Qazaxıstan tərəfinə təşəkkürünü bildirib.

Baktıkoja İzmuxambetov Qazaxıstanın bütün münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi