Yuxarı

​Sankt-Peterburq qubernatoru Azərbaycana gəlib

Üçgünlük səfər zamanı Georgi Poltavçenko ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ Sankt-Peterburq qubernatoru Georgi Poltavçenkonun rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycana gəlib.

"Report" xəbər verir ki, üç gün davam edəcək səfər zamanı Poltavçenko Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Sankt-Peterburq qubernatorunun Azərbaycan Prezidenti İlham Əliyev və baş nazirin birinci müavini Yaqub Eyyubovla da görüşləri gözlənilir.

Poltavçenko həmçinin Azərbaycanın aqrosənaye müəssisələrinə baş çəkəcək və Bakıda yaşayan Leninqrad blokadasının iştirakçıları ilə də görüşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi