Sankt-Peterburq Qanunvericilik Məclisinin rəhbəri: "Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşlarından biridir"

Sankt-Peterburq Qanunvericilik Məclisinin rəhbəri: "Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşlarından biridir" Vyaçeslav Makarov Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşyov ilə görüşüb
Xarici siyasət
17 May , 2018 14:43
Sankt-Peterburq Qanunvericilik Məclisinin rəhbəri: Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşlarından biridir
www.assembly.spb.ru
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycandakı rus icmasının 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Bakıda səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşyov ilə görüşüb.

"Report" Sankt-Peterburq Qanunvericilik Məclisinin saytına istinadən xəbər verir ki, görüşdə Rusiya və Azərbaycan arasında münasibətlərin əsas məsələləri müzakirə olunub.

"Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşlarından biridir. Bu region Rusiyanın xarici siyasəti üçün böyük əhəmiyyət kəsb edir. Burada ölkəmizin maraqlarını müdafiə etməyi, ən çətin məsələlərdə belə uğurlu, kompromis həll yolları tapmağı yalnız yaxşı diplomatlar bacarırlar. Diplomatik münasibətlərimizin başladığı və əsrin dörddə bir hissəsini əhatə edən dövrdə səfirlərimiz dəfələrlə yüksək səviyyəli peşəkarlıq, müdriklik və səbr nümayiş etdiriblər. Əminəm ki, onların səyləri sayəsində iki ölkə arasında əlaqələr daha sıx olacaq, daha da inkişaf edəcək", - V.Makarov görüşün yekunları barədə bildirib.

O əlavə edib ki, Sankt-Peterburq və Azərbaycanın iqtisadi, elmi, sənaye və mədəni sahələrdə əməkdaşlıq üçün böyük potensialı var.

Son xəbərlər

Orphus sistemi