Sancar Vəliyev: Azərbaycan Cənubi Qafqazda mühüm nəqliyyat qovşağına çevrilmək üçün səy göstərir

Sancar Vəliyev: Azərbaycan Cənubi Qafqazda mühüm nəqliyyat qovşağına çevrilmək üçün səy göstərir Azərbaycan Cənubi Qafqazda mühüm nəqliyyat qovşağına çevrilmək üçün böyük səylər göstərir.
Xarici siyasət
27 Avqust , 2024 11:03
Sancar Vəliyev: Azərbaycan Cənubi Qafqazda mühüm nəqliyyat qovşağına çevrilmək üçün səy göstərir

Azərbaycan Cənubi Qafqazda mühüm nəqliyyat qovşağına çevrilmək üçün maksimum səy göstərir.

“Report” xəbər verir ki, bunu Özbəkistanın Beynəlxalq Əlaqələr üzrə İnformasiya və Təhlil Mərkəzinin direktoru Sancar Vəliyev Bakıda keçirilən “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” mövzusunda tədbirdə deyib.

“Hazırda Mərkəzi Asiya və Qafqazın iki ən böyük dövləti olan Azərbaycan və Özbəkistan öz potensialını birləşdirir və qarşısına iddialı məqsədlər qoyur. Ticari-iqtisadi vəzifələrin həlli üçün nazirliklərimiz tərəfindən ən səmərəli tədbirlər görülür. 2025-ci ilin “Bakı ilə Daşkənd arasında iqtisadi əməkdaşlıq ili” müəyyən edilməsi bu məsələdə innovativ addım oldu”, - o bildirib.

S.Vəliyev vurğulayıb ki, hazırda dünyada çoxsaylı mürəkkəb proseslər cərəyan edir və ölkələr arasındakı əməkdaşlığın mövcud səviyyəsi onların həlli üçün kifayət etmir.

“Buna görə də əməkdaşlıq çox önəmlidir. Dövlətlərimiz məsələlərin mümkün qədər tez bir zamanda diplomatik yolla həllinin tərəfdarıdır”, – o əlavə edib.

Qeyd edək ki, “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbir Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Son xəbərlər

Orphus sistemi