Yuxarı

Samir Şərifov: "Azərbaycan Nitsada baş verən terror hücumu ilə əlaqədar Fransanın dərdinə şərikdir"

Maliyyə naziri Fransa səfirliyində açılan xatirə kitabına ürək sözlərini yazıb

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan maliyyə naziri Samir Şərifov hökumətin adından Nitsada törədilmiş terror hücumu ilə bağlı bu gün Fransanın ölkəmizdəki səfirliyində açılan xatirə kitabına ürək sözlərini yazıb.

"Report"un xəbərinə görə, S.Şərifov Azərbaycanın Nitsada baş verən terror hücumu ilə əlaqədar Fransanın dərdinə şərik olduğunu deyib və ölənlərin ailələrinə və yaxınlarına başsağılığı verib.

"Bu cür terror hücumları beynəlxalq terrorizmlə mübarizə aparmağın zəruriliyini göstərir", - deyə, S.Şərifov vurğulayıb.

Xatırladaq ki, Nitsada törədilmiş terror aktı nəticəsində 84 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Terror aktı ilə əlaqədar olaraq, Fransada iyulun 16-dan etibarın üçgünlük matəm elan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi