Şahin Mustafayev Əfqanıstan səfirliyində hökumət adından başsağlığı verib

Şahin Mustafayev Əfqanıstan səfirliyində hökumət adından başsağlığı verib Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, müvəqqəti işlər vəkili Əziz Rəhman Faiq ilə görüşüb.
Xarici siyasət
3 Noyabr , 2020 21:03
Şahin Mustafayev Əfqanıstan səfirliyində hökumət adından başsağlığı verib
Şahin Mustafayev

Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, müvəqqəti işlər vəkili Əziz Rəhman Faiq ilə görüşüb.

“Report” xəbər verir ki, Baş Nazirin müavini Kabil şəhərindəki təhsil mərkəzində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Respublikası hökuməti adından həlak olanların ailələrinə, Əfqanıstan hökumətinə və qardaş Əfqanıstan xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.

Baş Nazirin müavini səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.

Son xəbərlər

Orphus sistemi