Şahin Mustafayev: "Azərbaycan Aktaudakı logistika mərkəzində 25% paya sahib olacaq"

Şahin Mustafayev: "Azərbaycan Aktaudakı logistika mərkəzində 25% paya sahib olacaq" "Azərbaycan tərəfi hazırda digər ölkələrdə də analoji logistika mərkəzlərinin tikintisi üçün bir sıra tədbirlər həyata keçirir"
Xarici siyasət
20 Noyabr , 2015 20:47
Şahin Mustafayev: Azərbaycan Aktaudakı logistika mərkəzində 25% paya sahib olacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ "Azərbaycan İnvestisiya Şirkəti" ASC Qazaxıstanın Aktau şəhərində “Azərsun Holdinq” MMC-nin inşa etdiyi logistika mərkəzində 25% paya sahib olacaq. “Report”un məlumatına görə, bunu Bakıda keçirilən “Qeyri-neft ixracının genişləndirilməsi” adlı tədbirdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi hazırda digər ölkələrdə də analoji logistika mərkəzlərinin tikintisi üçün bir sıra tədbirlər həyata keçirir.

Tədbirdə həmçinin bildirilib ki, bu layihəyə yatırılan sərmayənin 10 il müddətində götürülməsi planlaşdırılır.

Ş.Mustafayev deyib ki, azərbaycanlı sahibkarlara yardım edilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının tədarük ediləcəyi ölkələrin bazarlarının da analizi aparılacaq: “Müəyyən məhsulun həmin bazara necə uyğunluq təşkil etdiyini araşdıracağıq. Məsələn, Qazaxıstanda bu il kələm daha sərfəli şəkildə bazarda satılıbsa, onun gələn il üçün istehsalına bu ildən başlayacağıq”.  

Son xəbərlər

Orphus sistemi