Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Xarici siyasət
- 21 yanvar, 2025
- 15:00
Yanvarın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, parlamentin sədri Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insan tələfatı ilə əlaqədar TBMM-in sədrinə və deputatlarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət diləyib, xəsarət alanlara şəfa arzularını ifadə edib.
Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
Son xəbərlər
10:48
Video
"Arşın mal alan" Vankuver səhnəsində oynanılacaq
Mədəniyyət siyasəti10:48
Kamboca Tailandla sərhəd qarşıdurmasında yeni itkilər verib
Digər ölkələr10:48
SOCAR-ın xalis mənfəəti 14 % artıb
Maliyyə10:45
Azərbaycan millisinin qapıçısı: "Türkiyə klubunda ilk vaxtlar çətinlik yaşadım"
Futbol10:41
DİN: Vətəndaşların bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə halları var
Hadisə10:40
Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb
Sağlamlıq10:38
Qriqori İvliyev: Avrasiya Patent İdarəsi Azərbaycanda İT sahəsində mühüm layihələr icra edir
İKT10:30
Foto
2026-cı ili rahatlıq, təhlükəsizlik və şəhər həyatının enerjisinin bir arada cəmləndiyi "Nizami City"də qarşılayın! - FOTO-VİDEO
Biznes10:27