Sahibə Qafarova Özbəkistanda səfərdədir
Xarici siyasət
- 26 oktyabr, 2022
- 13:30
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti MDB PA-nın Şura və 54-cü plenar iclaslarında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə gəlib.
"Report" xəbər verir ki, Səmərqənd Beynəlxalq Hava Limanında Azərbaycan parlamentinin sədrini Özbəkistan Respublikası Senatının sədri Tənzilə Narbayeva, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarova MDB PA-nın Şura və plenar iclaslarına qatılacaq, tədbirdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.
İşgüzar səfər oktyabrın 28-də başa çatacaq.
Son xəbərlər
22:13
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Digər ölkələr22:10
Vuçiç: Görünür, prezidentlikdən baş nazirə keçmək hamıya olar, yalnız mənə yox
Digər ölkələr22:06
Abbas Əraqçi: İran ABŞ ilə diplomatik əlaqələrə ümid edir
Region21:46
Tramp: Daim İrana hücumları bərpa etməyi düşünürəm
Digər ölkələr21:26
Türkiyədə mikroavtobusla minik avtomobil toqquşub, ölən və yaralananlar var
Region21:11
Foto
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər parkını ziyarət edib
Daxili siyasət20:59
Foto
Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
Hərbi20:47
Foto
Azərbaycan Ordusunda Anım günü münasibətilə tədbirlər keçirilib
Hərbi20:33
Foto