“Azərbaycan tərəfi olaraq, mən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının rəhbəri Volkan Bozkır və Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri İrakli Beraia ilə danışıqlarda bu iclasın onlayn rejimdə keçirilməsini təklif etdim. Hər iki həmkarım bu təklifə müsbət yanaşdı. Beləliklə mayın 12-də onlayn rejimdə Azərbaycan-Türkiyə-Gürcüstan arasında keçiriləcək üçtərəfli iclasda ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrimiz geniş şəkildə müzakirə ediləcək”.
"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri
O, dünyanın bir sıra ölkələrində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərə dair Azərbaycanın təcrübəsinin, elan edilmiş karantin rejiminin, bu rejimin yumşaldılması ilə əlaqədar meydana çıxan təhlükənin də müzakirə obyekti olacağını deyib.
“İclasda həmçinin Prezident
Qeyd edək ki, Azərbaycan Türkiyə və Gürcüstan parlamentlərinin Beynəlxalq əlaqələr üzrə komitələri müntəzəm olaraq üçtərəfli formatda görüşlər keçirir. Azərbaycanın təşəbbüskarı olduğu ilk görüş Gürcüstan və Türkiyə parlamentinin komitə sədrlərinin iştirakı ilə Bakıda keçirilib. Cari ilin may ayında Gürcüstanda keçirilməsi planlaşdırılan növbəti iclas dünyada yayılan yeni koronavirus infeksiyasına görə təxirə salındı.