Yuxarı

Sabah Azərbaycan parlamentinin sədri Türkmənistana səfər edəcək

Səfər çərçivəsində Milli Məclis sədrinin konfransda iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri də gözlənilir

Bakı. 10 dekabr. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 11-də bu ölkəyə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Bitərəflik siyasəti: Sülh, təhlükəsizlik və inkişaf naminə beynəlxalq əməkdaşlıq” mövzusunda keçiriləcək tədbirdə Rusiya, Çin, Türkiyə, İran, Özbəkistan, Tacikistan, Qazaxıstan, Pakistan və digər ölkələrin nümayəndə heyətləri iştirak edəcəklər.

Konfransda əmin-amanlıq və inkişaf naminə beynəlxalq əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunacaq, mövzu ilə əlaqədar tədbir iştirakçılarının çıxışları dinləniləcək.

Səfər çərçivəsində Milli Məclis sədrinin konfransda iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri də gözlənilir.

Aşqabadda keçiriləcək tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də iştirak edəcəklər.

Səfər dekabrın 12-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi