Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb

Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycana işgüzar səfəri çərçivəsində tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb.
Xarici siyasət
29 Noyabr , 2022 09:50
Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycana işgüzar səfəri çərçivəsində tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb.

“Report” bu barədə Tatarıstan Prezidentinin rəsmi saytına istinadən xəbər verir.

Hazırda Azərbaycanda 27 mindən çox tatar yaşayır. Ölkədə fəaliyyət göstərən təşkilatlar sırasında “Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzi, “Tuqan Tel” Tatar Mədəniyyəti Cəmiyyəti, “Tatarıstan” İctimai Birliyi və “Ak Kalfak” Tatar Qadınları Cəmiyyətinin Bakı bölməsi var.

"Tatarıstan və Azərbaycan arasında tarixən mehriban dostluq münasibətləri olub. Burada yaşayan soydaşlarımız isə dilimizin, adət-ənənələrimizin və mədəniyyətimizin qorunub saxlanmasına böyük töhfə verirlər", - Tatarıstan Prezidenti soydaşları ilə görüşü zamanı deyib.

Tədbir iştirakçıları Azərbaycanda tatarların tarixinə və Tatar-Azərbaycan əlaqələrinə həsr olunmuş sərgi ilə tanış olublar.

Rüstəm Minnixanov ikigünlük səfəri çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi