Yuxarı

Rusiyanın xarici işlər nazirinin müavini Bakıya gəlir

Qriqori Karasin Azərbaycan və Rusiya XİN-ləri arasındaki siyasi məsləhətləşmələrdə iştirak edəcək

Bakı. 3 mart. REPORT.AZ/ Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bu gün Bakıya səfər edəcək.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Q.Karasin Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri (XİN) arasındakı siyasi məsləhətləşmələrdə iştirak edəcək.

"Azərbaycan XİN-in rəhbərliyi ilə işçi görüşü planlaşdırırıq. Gündəlikdə bir çox mövzu var: ikitərəfli əlaqələr, regional problemlər, Cənubi Qafqazın problemləri. Müzakirə üçün məsələ çoxdur", - deyə Karasin qeyd edib.

Onun sözlərinə görə, Bakıya səfəri çərçivəsində o, Azərbaycan tərəfini martın 2-də İranda apardığı danışıqlar haqqında da məlumatlandıracaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi