Rusiyanın xarici işlər naziri bu gün Azərbaycana gələcək

Rusiyanın xarici işlər naziri bu gün Azərbaycana gələcək
Xarici siyasət
154
13 Dekabr , 2018 08:00
Rusiyanın xarici işlər naziri bu gün Azərbaycana gələcək

Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfərə gələcək.

"Report" xəbər verir ki, o, dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

İclas zamanı Azərbaycanın QDİƏT-dəki yarımillik sədrliyinin yekunları, nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə sahələrində əməkdaşlıq müzakirə ediləcək.

Bundan əvvəl Rusiya xarici işlər naziri bu ay Azərbaycana səfərə gələcəyi barədə məlumat verilmişdi.