Rusiya xarici işlər naziri bu ay Azərbaycana səfərə gələcək

Rusiya xarici işlər naziri bu ay Azərbaycana səfərə gələcək Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın ortalarında Azərbaycana səfər edəcək.
Xarici siyasət
5 Dekabr , 2018 11:41
Rusiya xarici işlər naziri bu ay Azərbaycana səfərə gələcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov / Report

Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın ortalarında Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O deyib ki, S.Lavrov dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

M.Zaxarovanın sözlərinə görə, Bakıdakı iclas zamanı Azərbaycanın QDİƏT-dəki yarımillik sədrliyinin yekunları müzakirə ediləcək: "Həmçinin nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə kimi vacib sahə problemlərini özündə birləşdirən iqtisadi əməkdaşlıq sahəsindəki regional gündəliyin bir sıra məsələləri də nəzərdən keçiriləcək".

Son xəbərlər

Orphus sistemi