Rusiya səfiri: "Azərbaycanla aramızda yaranmış münasibətlərin modeli uğurlu əməkdaşlıq üçün münbit zəmin yaradır"

Rusiya səfiri: "Azərbaycanla aramızda yaranmış münasibətlərin modeli uğurlu əməkdaşlıq üçün münbit zəmin yaradır" Doroxin: "Uzunmüddətli əməkdaşlığımız nəticəsində ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edən bir model yaranıb"
Xarici siyasət
3 Fevral , 2016 17:16
Rusiya səfiri: Azərbaycanla aramızda yaranmış münasibətlərin modeli uğurlu əməkdaşlıq üçün münbit zəmin yaradır

Bakı. 3 fevral. REPORT.AZ/ "Azərbaycan və Rusiya arasında yaranmış münasibətlərin modeli hər iki ölkədə inam, uğurlu əməkdaşlıq üçün münbit zəmin yaradır".

"Report" xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiyanın diplomatik işçi günü münasibətilə keçirilən "Rusiya-Azərbaycan: 2015" fotosərgisində çıxışı zamanı deyib.

"Rusiya diplomatiyasının Azərbaycan istiqamətində təcrübəsi çox maraqlı və ibrətamizdir. Bu gün əldə etdiklərimiz ciddi müsbət qiymətə layiqdir", - deyə V.Doroxin bildirib.

Diplomat Azərbaycan və Rusiyanın bu gün bir-birini çox gözəl başa düşdüyünü, öz imkanlarını bildiyini və müəyyən çərçivələri aşmadığını vurğulayıb.

"Uzunmüddətli əməkdaşlığımız nəticəsində ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edən bir model yaranıb. Bu, çox dəyərlidir", - deyə səfir qeyd edib.

V.Doroxin əlavə edib ki, Rusiyanın Azərbaycan kimi sabit və etibarlı tərəfdaşları nə qədər çox olsa, ölkə üçün bir o qədər asan olar.

Qeyd edək ki, bu gün Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) "Rusiya-Azərbaycan: 2015" fotosərgisi keçirilib. Tədbir Rusiyada hər il fevralın 10-da qeyd edilən diplomatik işçi günü münasibətilə baş tutub.

Sərginin ekspozisiyalarına 2015-ci ildə Rusiya-Azərbaycan münasibətlərinin ən mühüm hadisələrini özündə əks etdirən fotoşəkillər daxildir. Tədbirdə bir sıra ölkələrin diplomatik missiyalarının nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi