Rusiyanın baş naziri Novruz Məmmədovu təbrik edib

Rusiyanın baş naziri Novruz Məmmədovu təbrik edib Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb
Xarici siyasət
21 Aprel , 2018 19:23
Rusiyanın baş naziri Novruz Məmmədovu təbrik edib

Bakı. 21 aprel. REPORT.AZ/ Rusiya hökumətinin başçısı Dmitri Medvedev Novruz Məmmədovu Azərbaycanın baş naziri vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya və Azərbaycanı bərabərlik, bir-birinin maraqlarına hörmət və xoş qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi, nəqliyyat, neft-qaz, aqro-sənaye, həmçinin yüksək texnologiya, təhsil və mədəniyyət sahələrində böyük birgə layihələrin həyata keçirilməsi ölkələrimizin uzunmüddətli maraqlarına tam cavab verəcək", - deyə mətbuat xidməti baş nazirin teleqram mətnini sitat gətirir.

Son xəbərlər

Orphus sistemi