Rusiyanın Baş naziri Əli Əsədovu təbrik edib
Xarici siyasət
- 16 fevral, 2024
- 09:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Baş naziri Mixail Mişustin Əli Əsədovu Azərbaycanın Baş naziri postuna Milli Məclis tərəfindən təsdiq edilməsi münasibətilə təbrik edib.
Azərbaycan Nazirlər Kabinetindən “Report”a verilən məlumata əsasən, Baş nazirlərin telefon söhbəti zamanı iki ölkə arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq yüksək qiymətləndirilib.
Ə.Əsədov və M.Mişustin Azərbaycanla Rusiya arasında strateji əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə ümid etdiklərini bildiriblər.
Qeyd edək ki, fevralın 16-da Milli Məclisdə Prezident İlham Əliyevin təqdimatı əsasında Əli Əsədovun Azərbaycanın Baş naziri postuna təyin edilməsinin lehinə səs verilib.
Son xəbərlər
06:49
ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb
Digər ölkələr
06:15
BMT-də Azərbaycanın multikultural cəmiyyət modelindən bəhs olunub
Xarici siyasət
05:43
Pentaqon Şimali Karolinada çip istehsalına 1,5 milyard dollar yatırım edir
Digər ölkələr
05:15
"ChatGPT"də təhlükəsiz yazışma funksiyası istifadəyə verilib
İKT
04:53
Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb
Xarici siyasət
04:36
"Axios": ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir
Digər ölkələr
03:58
"The Times": Britaniya Şimal dənizində qaz yatağını işlətmək niyyətindədir
Digər ölkələr
03:22
WP: Putin Trampın seçkilərlə bağlı narahatlığından onu öz tərəfinə çəkmək üçün istifadə edib
Digər ölkələr
02:52
"SpaceX" rüblük gəlirini illik ifadədə 161 % artırıb
Biznes