​Rusiyalı diplomat: "ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinin ofisinin bağlanması düzgün addımdır"

​Rusiyalı diplomat: "ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinin ofisinin bağlanması düzgün addımdır" "Hesab edirik ki, Azərbaycanın bu addımı düzgündür, çünki ölkənin qərar qəbul etmək haqqı var"
Xarici siyasət
9 İyun , 2015 18:15
​Rusiyalı diplomat: ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinin ofisinin bağlanması düzgün addımdır

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan ATƏT-in katibliyini qurumun Bakıdakı layihə əlaqələndiricisinin ofisini bağlamaq qərarı haqda məlumatlandırıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın ATƏT üzrə daimi nümayəndəsi Andrey Kelin deyib.

Onun sözlərinə görə, bu açıqlama iyunun 8-də ATƏT-in Daimi Şurasının iclasında edilib.

"Hesab edirik ki, Azərbaycanın bu addımı doğru addımdır, çünki ölkə ATƏT tərəfindən hansı dəstəyin alınmasını özü müəyyən etməlidir", -  A.Kelin deyib.

Son xəbərlər

Orphus sistemi