Rusiyalı deputat: "Azərbaycan etibarlılıq və sabitliyin dayağıdır"

Rusiyalı deputat: "Azərbaycan etibarlılıq və sabitliyin dayağıdır" Moskvada Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib
Xarici siyasət
4 Aprel , 2017 14:08
Rusiyalı deputat: Azərbaycan etibarlılıq və sabitliyin dayağıdır
Report.az

Moskva. 4 aprel. REPORT.AZ/ "Azərbaycan təhlükəsizlik baxımından güclü ölkədir".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev "Parlament qəzeti"nin mətbuat mərkəzində Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

"Bizim uzunmüddətli əməkdaşlıqlığımız Azərbaycanın etibarlılıq və sabitliyin dayağı olduğunu göstərir. Azərbaycan ordusu indi çox güclüdür və həm terrorçuların, həm də müxtəlif silahlı birləşmələrin hücumlarını dəf edə bilər. Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə söhbətlər zamanı onlar azərbaycanlı həmkarları ilə əməkdaşlığın ən yüksək səviyyədə olduğunu iddia edirlər" - Dövlət Dumasının deputatı bildirib.

Son xəbərlər

Orphus sistemi