Rusiya XİN: Moskva Zəngəzur dəhlizi ilə bağlı Tehrana bütün lazımi izahatları verib

Rusiya XİN: Moskva Zəngəzur dəhlizi ilə bağlı Tehrana bütün lazımi izahatları verib Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini İran tərəfinə izah edib.
Xarici siyasət
11 Sentyabr , 2024 18:37
Rusiya XİN: Moskva Zəngəzur dəhlizi ilə bağlı Tehrana bütün lazımi izahatları verib

Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini İran tərəfinə izah edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə “Report”un müxbirinin sualını cavablandırarkən bildirib.

“Biz tərəfdaşlarımızla təmasdayıq və bu, daimi təmasdır. Dəhlizlə bağlı bütün izahatları vermişik. Təqdim etdiyimiz arqumentlər Tehranda dinlənilib və qəbul edilib”, - Zaxarova deyib.

Onun sözlərinə görə, bu məsələ Moskva ilə Tehran arasında genişlənən strateji tərəfdaşlığa nifaq salmaq üçün istənilən, hətta ən gülünc fürsətdən istifadə edən müəyyən dairələri ilhamlandırıb. “Bu cür təxribatların arxasında duranlar bunu Qərbin maraqları naminə, işarə gələndən sonra edir”, - o bildirib.

Xatırladaq ki, ötən həftə KİV-də Rusiyanın Tehrandakı səfirinin Azərbaycanın əsas hissəsi ilə eksklavı – Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi layihəsini dəstəklədiyinə görə İran XİN-ə çağırılması ilə bağlı məlumatlar yayılmışdı.

İran mediasında qeyd olunur ki, İran bu nəqliyyat marşrutunun yaradılmasına qarşıdır, çünki Tehran Ermənistana birbaşa çıxışını itirə bilər.

Son xəbərlər

Orphus sistemi