Rusiya XİN: “Moskva sülh sazişinin hazırlanmasında Bakı və İrəvana fəal şəkildə kömək edir”

Rusiya XİN: “Moskva sülh sazişinin hazırlanmasında Bakı və İrəvana fəal şəkildə kömək edir” “Rusiya bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək, sülh sazişinin hazırlanmasında Bakı və İrəvana fəal şəkildə kömək edir”.
Xarici siyasət
9 Avqust , 2023 12:49
Rusiya XİN: “Moskva sülh sazişinin hazırlanmasında Bakı və İrəvana fəal şəkildə kömək edir”

“Rusiya bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək sülh sazişinin hazırlanmasında Bakı və İrəvana fəal şəkildə kömək edir”.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.

O əlavə edib ki, sülh sazişinin hazırlanması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın elementlərindən biridir: "Bakı və İrəvandan tez bir zamanda sülhə nail olmaq barədə verilən siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Bir sıra mürəkkəb mövzulara həll yolları tapılmalıdır”.

Son xəbərlər

Orphus sistemi