Rusiya XİN: Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında dialoq ticarətə təkan verə bilər

Rusiya XİN: Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında dialoq ticarətə təkan verə bilər Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlığın qurulması ticarət əlaqələrinə, geniş infrastruktur layihələrinin həyata keçirilməsinə təkan verərdi.
Xarici siyasət
15 Dekabr , 2021 21:04
Rusiya XİN: Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında dialoq ticarətə təkan verə bilər
Mariya Zaxarova

Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq ticarət əlaqələrinə, geniş infrastruktur layihələrinin həyata keçirilməsinə təkan verə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Azərbaycanın sözügedən təşkilatda müşahidəçi status ala biləcəyi barədə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin fikirlərini şərh edərkən bildirib.

“Azərbaycanla qurum arasında istənilən formatda dialoqun inkişaf etdirilməsi qarşılıqlı ticarət əlaqələrin artmasına, regiondakı nəqliyyat yollarının açılmasına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə səbəb ola bilər. Bununla belə, birlik çərçivəsində əməkdaşlıq səviyyəsinin artırılmasına dair qərarların bütün üzv dövlətlərin razılığı ilə verildiyi də nəzərə alınmalıdır”, - Zaxarova vurğulayıb.

Rusiya XİN nümayəndəsi, həmçinin təşkilatın inteqrasiya və əməkdaşlıq qurmaqda maraqlı olan dövlətlərin üzünə açıq olduğunu da əlavə edib.

Son xəbərlər

Orphus sistemi