“Qarabağda gərginliyin artmasından ciddi narahatıq. Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfdən itkilərlə nəticələnən silahlı insident baş verib”.
“Report” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun sözçüsü Mariya Zaxarova deyib.
O, tərəfləri təmkinli olmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırıb:
“Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına ciddi əməl etməyin zəruriliyini bir daha təsdiq edirik”.
Zaxarovanın sözlərinə görə, Qarabağdakı insident Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının müddəalarının icrası çərçivəsində Bakı və İrəvanın mümkün qədər tez danışıqlara qayıtmasının vacibliyini bir daha təsdiqləyir.