Rusiya XİN: Səfirlərin təyin edilməsi Rusiya prezidentinin səlahiyyətidir

Rusiya XİN: Səfirlərin təyin edilməsi Rusiya prezidentinin səlahiyyətidir Mariya Zaxarova: "Səfir təyin olunana qədər bu vəzifəni müvəqqəti işlər vəkili icra edəcək"
Xarici siyasət
6 Dekabr , 2017 10:16
Rusiya XİN: Səfirlərin təyin edilməsi Rusiya prezidentinin səlahiyyətidir
Sputnik/ Evgeni Odinokov

Moskva. 6 dekabr. REPORT.AZ/ "Səfirlərin təyin edilməsi Rusiya prezidentinin səlahiyyətidir. Namizədlər qurumlararası razılaşmadan keçir və heç vaxt ictimai müzakirəyə çıxarılmır, təcrübə belədir. Səfir təyin olunana qədər bu vəzifəni müvəqqəti işlər vəkili icra edəcək".

Bunu "Report"un Rusiya bürosunun sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ölkəsinin Azərbaycana yeni səfir təyin etməsi ilə bağlı məsələyə şərh verərkən deyib.

Xatırladaq ki, noyabrın 27-də Rusiya Prezidenti Vladimir Putin Vladimir Doroxinin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. V.Doroxin bu vəzifədə 2009-cu ildən çalışıb.

Son xəbərlər

Orphus sistemi