Rusiya XİN: "Paralimpiya Oyunlarında göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk"

Rusiya XİN: "Paralimpiya Oyunlarında göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk" Mariya Zaxarova: "Bizim üçün bu məqamda dəstək çox vacibdir"
Xarici siyasət
8 Sentyabr , 2016 14:31
Rusiya XİN: Paralimpiya Oyunlarında göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Biz Bakıya, azərbaycanlı həmkarlarımıza, bu ölkənin vətəndaşlarına Rusiya paralimpiadaçıları ilə bağlı fikir bildirdiklərinə və bu vəziyyətin ədalətsiz olduğunu anladıqlarına görə minnətdarlığımızı bildiririk".

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Azərbaycanın İdman və Gənclər Nazirliyinin Rio-de-Janeyrodakı Paralimpiya oyunlarında rusiyalı idmançıların iştirakına qadağanın qoyulması nəticəsində alınan kvotalardan rəsmi rədd cavabını şərh edərkən bildirib. 

"Bizim üçün bu məqamda dəstək çox vacibdir, çünki məsələ burasındadır ki, bütün həyatı boyunca öz ağrı-acısı ilə mübarizə aparan, öz həyat və taleləri ilə ağrıya üstün gəlməyin mümkün olduğunu göstərmək və sübut etmək istəyən insanları incitmək istəyirlər", - M.Zaxarova qeyd edib.

Son xəbərlər

Orphus sistemi