Rusiya XİN başçısı Moskva vilayətində uşaqları xilas edən azərbaycanlının atasına medal təqdim edib - FOTO
Xarici siyasət
- 20 noyabr, 2017
- 12:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri çərçivəsində Moskva vilayətində çayda batan uşaqları xilas edən Salam Nağıyevin atası ilə görüşüb.
"Report" xəbər verir ki, nazir Rusiya Fövqəladə Hallar Nazirliyinin "Sularda ölüm ayağında olanların xilasına görə" medalını mərhum S.Nağıyevin atasına təqdim edib.
Xatırladaq ki, 21 yaşlı Salam Nağıyev Lyubertsı rayonunda Pexorki çayının yaxınlığında gəzərkən çayda yardım istəyən üç qız uşağı görüb. Bir an belə düşünmədən onları xilas etmək üçün özünü çaya atan Salam onları xilas etsə də, özü çaydan sağ çıxa bilməyib.
Qeyd edək ki, S.Nağıyev 2013-cü ildə Rusiyaya atasını görmək üçün gedibmiş.
Son xəbərlər
13:22
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
Fərdi
13:22
"Yandex" axtarış sisteminin Azərbaycandakı bazar payı 6,5 dəfə azalıb
İKT
13:19
SOCAR ötən rüb neft emalını 3 %-dən çox azaldıb
Energetika
13:09
SOCAR qazma işlərini 74 %-dən çox artırıb
Energetika
13:08
Azərbaycanda oktyabrda hava iqlim normasından 3 dərəcə yuxarı olub
Ekologiya
13:07
Bəqai: İran ABŞ ilə atəşkəsi iki gün ərzində razılaşdırmağa hazırdır
Region
13:07
UEFA Çempionlar Liqası: "Vikinq" - "Sabah" oyununu niderlandlı hakim idarə edəcək
Futbol
13:00
Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir
Futbol
12:58
"Alpin"in pilotu Franko Kolapinto 10 saniyəlik cəza alıb
Fərdi