Bakı. 25 may. REPORT.AZ/ "Azərbaycanla bütün sahələrdə münasibətləri dəstəkləyirik və inkişaf etdiririk".
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti barədə danışarkən deyib.
"Bu, bizə yaxın xalqdır. Əlaqələrimiz olub, var və olacaq. Rusiya Azərbaycanla əlaqələri digər amillərlə bağlayıb əlaqələndirmir", - XİN nümayəndəsi bildirib.
O vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı etimad və açıq dialoq mövcuddur.