Rusiya XİN: ATƏT xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəklər

Rusiya XİN: ATƏT xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəklər Dekabrın 5-6-da Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının XXVI iclası keçiriləcək.
Xarici siyasət
28 Noyabr , 2019 15:17
Rusiya XİN: ATƏT xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəklər
Sergey Lavrov

Dekabrın 5-6-da Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının XXVI iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, tədbirdə NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunu artırması ilə yanaşı, postsovet ölkələri ərazisindəki münaqişələri də gündəmə gətirmək niyyətindədirlər: “Rusiya nümayəndə heyətinin aralarında Ukraynanın şərqi, Trans Nistru, Dağlıq Qarabağ da olmaq şərti ilə münaqişələrin həllində ATƏT-in səylərinə, Cənubi Qafqazdakı sabitliyə dair Cenevrə müzakirələrindəki həmsədrliyinə, Balkanlardakı fəaliyyətinə dəstək ifadə edəcəyi gözlənilir”.

Son xəbərlər

Orphus sistemi