Yuxarı

Rusiya prezidentinin köməkçisi: Putin və Ərdoğan "Su-24" təyyarəsinə görə təzminat məsələsini müzakirə edəcək

Bu addımlar Rusiya ilə Türkiyə arasında bütün sahələrdə münasibətlərin normallaşdırılmasına gətirib çıxaracaq

Bakı. 5 avqust. REPORT.AZ/ "Türkiyə hələlik Rusiyaya vurulmuş "Su-24" təyyarəsinə görə təzminat ödəməyib. Çox guman ki, məsələ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşdə müzakirə ediləcək."

"Report"un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın məktubunda və bunun ardınca baş tutan telefon danışıqlarında bir çox məsələlər artıq deyilib.

"Bu addımlar hər iki liderin Sankt-Peterburq görüşünə gətirib çıxardı. Ümid edirəm ki, bu addımlar gələcəkdə Rusiya ilə Türkiyə arasında bütün sahələrdə münasibətlərin normallaşdırılmasına da gətirib çıxaracaq", - RF prezidentinin köməkçisi deyib.

Rusiyanın təzminat barədə tələbinə dair suala Y.Uşakov belə cavab verib: "Biz bu məsələni müzakirə edəcəyik". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi