Putin: Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk - YENİLƏNİB

Putin: Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk - YENİLƏNİB Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevlə iqtisadi əməkdaşlığın geniş spektrini müzakirə edib.
Xarici siyasət
19 Avqust , 2024 23:18
Putin: Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk - YENİLƏNİB

Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir.

“Report” xəbər verir ki, bunu avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

“Azərbaycan Respublikasına dövlət səfərinə dəvətə görə İlham Heydər oğluna bir daha təşəkkür etmək istərdim. Qonaqpərvər Azərbaycan torpağında olmaq, Sizin rəhbərliyinizlə inkişaf edən Bakının mənzərələrini seyr etmək bizim üçün çox xoşdur.

Vurğulamaq istərdim ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.

Dünən və bu gün keçirilən danışıqlar əsnasında Sizə görüşümüzün, birgə işimizin başlanması üçün yaradılan səmimi ailə ab-havasına görə təşəkkürümü bildirmək istəyirəm. Bu gün də, sözün əsl mənasında, həmin şəraitdə işgüzar təmaslarımızı davam etdirdik. Bu gün aparılan danışıqlar zamanı biz qarşılıqlı fəaliyyətimizə dair məsələlərin ən geniş spektrini ətraflı, işgüzar şəraitdə müzakirə etdik”, - Putin qeyd edib.

16:18

Azərbaycanın dövlət başçısı İlham Əliyevlə iqtisadi əməkdaşlığın geniş spektrini müzakirə etdik.

"Report" xəbər verir ki, bunu V.Putin Azərbaycan Prezidenti ilə geniş tərkibdə danışıqların yekunu üzrə jurnalistlərə deyib.

“Qarşılıqlı faydalı ticari əməkdaşlığının qurulmasına böyük diqqət yetirilib. Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır. Hər bir istiqamət bizim üçün strateji əhəmiyyət kəsb edir”, - o vurğulayıb.

V.Putin bildirib ki, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri iqtisadi qarşılıqlı fəaliyyətin əsas məsələlərini daim təmasda saxlayırlar: “Rusiya Azərbaycan bazarının ən böyük investorlarından biridir. Şirkətlərimiz burada özlərini çox rahat hiss edirlər”.

Son xəbərlər

Orphus sistemi