Yuxarı
    Bağlamaq

    Rusiya kommunistlərinin lideri Prezident İlham Əliyevi təbrik edib

    Gennadi Züqanov Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

    Bakı. 24 dekabr. REPORT.AZ/ Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının rəhbəri, Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri Gennadi Züqanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

    "Report" xəbər verir ki, məktubda deyilir. 

    "Hörmətli İlham Heydər oğlu.

    Anadan olmağınızın 55 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizi görkəmli dövlət xadimi, atasının işinin layiqli davamçısı, xalqlarımız arasında qədim dostluq ənənələrinə söykənən Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinin ardıcıl tərəfdarı kimi tanıyıram. Sizin rəhbərliyiniz ilə iqtisadi və ictimai-siyasi həyatın bütün sahələrində aparılan irimiqyaslı dəyişikliklər Azərbaycanın dinamik inkişafını, xalqın rifahının yüksəlməsini, ölkənin dövlət müstəqilliyinin və onun nüfuzunun beynəlxalq arenada möhkəmlənməsini təmin edir. Bizim görüşlərimizi məmnuniyyətlə xatırlayıram.

    Zati-alinizə Vətənin rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, müvəffəqiyyət və nikbinlik arzu edirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi