Rusiya Kommunist Partiyasının lideri: "Azərbaycandan çox şey öyrənmək olar"

Rusiya Kommunist Partiyasının lideri: "Azərbaycandan çox şey öyrənmək olar" "Azərbaycan İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir"
Xarici siyasət
25 Sentyabr , 2014 17:44
Rusiya Kommunist Partiyasının lideri: Azərbaycandan çox şey öyrənmək olar
Bakı. 25 sentyabr. REPORT.AZ/ "Azərbaycandan çox şey öyrənə bilərik. Bizim qarşımızda stabil iqtisadiyyat modeli var. Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir". "Report" xəbər verir ki, bu barədə "Rossiya-24" telekanalına müsahibəsində Rusiya Kommunist Partiyasının lideri Gennadi Zuqanov deyib.

O, indiki Rusiya hakimiyyətini tənqid edərək, Qərbin sanksiyalarının Rusiya üçün böyük fəsadlar yarada biləcəyini açıqlayıb, halbuki Azərbaycan bir neçə il öncə dünyada baş vermiş iqtisadi böhrandan zərər almadan çıxmağa müvəffəq olub. 

Zuqanovun fikrincə, Rusiya Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməlidir.

Son xəbərlər

Orphus sistemi