Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək Volodin: "Səfər Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq"
Xarici siyasət
7 Fevral , 2018 15:29
Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

Moskva. 7 fevral. REPORT.AZ/ Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra Azərbaycana səfər etməyi planlaşdırır.

"Report"un Rusiya bürosunun məlumatına görə, bu barədə V.Volodin Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş sərgidə jurnalistlərə bildirib.

"Parlament çərçivəsində olduqca səmərəli işləyirik, buna görə də aprelin 11-də baş tutacaq seçkilərdən sonra, hardasa, yarım il sonra mütləq Azərbaycana səfər edəcəyəm", - V.Volodin deyib.

Qeyd olunur ki, səfər rəsmi xarakter daşıyacaq.

Son xəbərlər

Orphus sistemi