Rusiya Dövlət Dumasının deputatları Azərbaycana səfər edəcək

Rusiya Dövlət Dumasının deputatları Azərbaycana səfər edəcək Rusiya Dövlət Dumasının komitələrinin nümayəndə heyətləri ilin sonunadək yeddi ölkədə olacaqlar
Xarici siyasət
7 Noyabr , 2017 15:24
Rusiya Dövlət Dumasının deputatları Azərbaycana səfər edəcək

Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiya Dövlət Dumasının komitələrinin nümayəndə heyətləri ilin sonunadək yeddi ölkəyə səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə palatanın birinci vitse-spikeri İvan Melnikov məlumat verib.

Bu qərar Duma Şurasının iclasında qəbul edilib.

İ.Melnikovun sözlərinə görə, yaxın və uzaq xarici ölkələrə təşkil olunan bu səfərlər xarici tərəfdaşlarla əlaqələrin inkişafı və dialoqun qurulması ilə bağlıdır: "Deputatlar İran, Azərbaycan, Türkiyə, Pakistan, Koreya Respublikası, Moldova və Serbiyaya səfər edəcəklər".

Duma Şurası həmçinin Dövlət Dumasının birinci vitse-spikeri Aleksandr Jukova parlamentlərarası əlaqələrə kurasiya təcrübəsinin dəyişdirilməsi ilə bağlı məsələni yenidən hazırlamağı tapşırıb. Buna qədər bu əlaqələrə Dövlət Duması sədrinin müavinləri nəzarət edirdi.

"İndi hər bir komitənin sədri iş istiqaməti üzrə iki ölkə ilə parlamentlərarası əlaqələrə nəzarət edəcək", - deyə İ.Melnikov məsələni aydınlaşdırıb. 

Bu istiqamətlər energetika, tibb, ekologiya, kənd təsərrüfatıdır. Parlamentlərarası əlaqələrə nəzarətin yenidən bölüşdürülməsi yaxın zamanlarda baş verəcək.

Son xəbərlər

Orphus sistemi