Yuxarı

​Rusiya ATƏT DTİHB-nin iş metodologiyası ilə bağlı məsələ qaldıracaq

Aleksandr Lukaşeviç: Azərbaycan hakimiyyəti təklif olunan müşahidəçi sayının çox olduğunu hesab edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Rusiyanın ATƏT-dəki nümayəndə heyəti sentyabrın 24-də keçiriləcək təşkilatın Daimi Şurasının növbəti iclasında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) iş metodologiyası ilə bağlı məsələ qaldırmaq niyyətindədir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti təklif olunan müşahidəçi sayının çox olduğunu hesab edərək və bütün müşahidəçi strukturların ehtiyaclarını nəzərə alaraq öz təklifini irəli sürüb. Bununla bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) barışmaz mövqe tutub və nəticədə Azərbaycanda keçiriləcək seçkilərin monitorinqinin aparılmasından imtina edib.

Bununla əlaqədar Rusiya tərəfi "bu qurumun işinin metodologiyası ilə bağlı" ciddi müzakirələr aparmaq niyyətindədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi