Yuxarı
    Bağlamaq

    Rumıniyada 20 Yanvar faciəsi haqqında məqalə dərc olunub

    Məqalədə faciə barədə ictimaiyyətə məlumat verilir

    Buxarest. 20 yanvar. REPORT.AZ/ Rumıniyanın “Agerpres” milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Qara Yanvar” faciəsi” sərlövhəli məqalə dərc edib.

    “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, məqalədə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusu qoşunlarının apardığı hərbi əməliyyatlar nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 130 nəfərin qətlə yetirildiyi, 800 nəfərin yaralandığı, yüzlərlə insanın itkin düşdüyü qeyd olunur.

    "Bu qanlı hadisə Azərbaycanın müasir tarixinə “Qara Yanvar” kimi daxil olub. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanında faciə qurbanlarının məzarlarını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş insanların xatirələrini ehtiramla anırlar", - deyə məqalədə bildirilir.

    Həmçinin qeyd olunur ki, sovet ordusunun törətdiyi bu qanlı faciə Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaradıb və nəticədə, 18 oktyabr 1991-ci ildə Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmaqla Azərbaycan yenidən öz müstəqilliyini bərpa edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi