Rumıniya XİN: "Azərbaycanla iqtisadi əməkdaşlığımızı yeniləyəcəyik"

Rumıniya XİN: "Azərbaycanla iqtisadi əməkdaşlığımızı yeniləyəcəyik" "Dünya iqtisadiyyatı koronavirus (COVID-19) pandemiyasının təsiri ilə üzləşdiyi çətinliklərdən sonra dirçəlməyə başlayıb, Azərbaycan və Rumıniya arasında iqtisadi əməkdaşlığı yeniləmək üçün əlverişli fürsət yaranıb".
Xarici siyasət
190
14 Oktyabr , 2021 15:50
Rumıniya XİN: Azərbaycanla iqtisadi əməkdaşlığımızı yeniləyəcəyik

"Dünya iqtisadiyyatı koronavirus (COVID-19) pandemiyasının təsiri ilə üzləşdiyi çətinliklərdən sonra dirçəlməyə başlayıb, Azərbaycan və Rumıniya arasında iqtisadi əməkdaşlığı yeniləmək üçün əlverişli fürsət yaranıb".

Bu barədə “Report”a Rumıniya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumatda deyilir ki, iki ölkə müxtəlif sahələrdə təcrübə mübadiləsi apara bilər, ətraf mühitin mühafizəsi (o cümlədən köhnə sənaye ərazilərinin təmizlənməsi), logistika, əczaçılıq üzrə əməkdaşlıq edə bilər. 

Qurumda hesab edirlər ki, son vaxtlar bir çox ölkələrdə, o cümlədən Rumıniya və Azərbaycanda koronavirus əleyhinə peyvəndləmənin sürətlənməsi, qoruyucu tədbirlər səmərəli nəticələr verib, odur ki, pandemiya böhranı aradan qalxdıqca işgüzar fəaliyyət üçün imkanlar genişlənir. 

“Hazırda Rumıniya güclü, çoxşaxəli sənayeyə malikdir, burada istehsal olunan rəqabətqabiliyyətli məhsul və xidmətlər Azərbaycanın da ehtiyacını qarşılaya bilər. Azərbaycan iqtisadiyyatı da şaxələndikcə uzunmüddətli gələcəkdə qeyri-neft ixracının artması gözlənilir. Bu ixracın yönələcəyi yeni bazarlar arasında Rumıniya da ola bilər. Aramızdakı ticarət əlaqələrində istifadəsiz qalan imkanlar var və həmin əlaqələri dayanıqlı etmək üçün uzaq gələcəyi görməli və planlar qurmalıyıq. Bu baxımdan cari işlərə yekun vurmaq, gələcək hədəfləri müəyyənləşdirmək üçün yeganə əhəmiyyətli meydan olan Birgə Hökumətlərarası Komissiyamızın təqdim etdiyi vasitələrdən tam şəkildə yararlanmalıyıq” – deyə XİN-dən vurğulayıblar.

Rumıniya tərəfinin məlumatına görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 178,35 milyon ABŞ dolları təşkil edib. Bunun 47,761 milyon dolları Rumıniyanın Azərbaycandan idxalının, 131,584 milyon dolları isə Azərbaycana ixracının payına düşüb. 

Son xəbərlər

Orphus sistemi