Rumıniya səfirliyinin NATO-nun Azərbaycandakı əlaqələndiricisi missiyasının müddəti uzadıla bilər

Rumıniya səfirliyinin NATO-nun Azərbaycandakı əlaqələndiricisi missiyasının müddəti uzadıla bilər Səfirliyin NATO-nun Azərbaycandakı fəaliyyətinin əlaqələndirmə missiyası üzrə üçüncü müddəti başa çatır
Xarici siyasət
2 Dekabr , 2014 10:22
Rumıniya səfirliyinin NATO-nun Azərbaycandakı əlaqələndiricisi missiyasının müddəti uzadıla bilər
Bakı. 2 dekabr. REPORT.AZ/ İlin sonuna Rumıniya səfirliyinin NATO-nun Azərbaycandakı fəaliyyətinin əlaqələndirmə missiyası üzrə üçüncü müddəti başa çatır. "Report"un verdiyi xəbərə görə, Rumıniya səfirliyinin NATO-nun Azərbaycandakı fəaliyyətinin əlaqələndirmə mandatı daha iki il müddətinə uzadıla bilər.

Beləliklə, müəyyən təsdiqlənmə prosedurları başa çatdıqdan sonra səfirlik NATO-nun Azərbaycandakı əlaqələndiricisi səlahiyyətlərini 2015-2016-cı illərdə yerinə yetirməyə davam edəcək.

Xatırladaq ki, Rumıniya səfirliyi ilk dəfə NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi 2009-cu ildə 2 il müddətinə seçilib. Daha əvvəl bu funksiyanı Türkiyənin Azərbaycandakı səfirliyi icra edirdi. 

Son xəbərlər

Orphus sistemi